Eldar Əzizov Ramin Əhmədovu Fəxri fərmanla təltif edib - FOTO
Noyabr 02
11:17
2022
Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibəti ilə və partiyanın təşkilati işlərində fəal iştirakına görə Fəxri Fərmanla təltif olunub.
Qlobal.az xəbər verir ki, Fəxri Fərmanı Ramin Əhmədova Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, YAP İdarə Heyətinin üzvü Eldar Əzizov təqdim edib.


Qlobal.az xəbər verir ki, Fəxri Fərmanı Ramin Əhmədova Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, YAP İdarə Heyətinin üzvü Eldar Əzizov təqdim edib.
YAP-ın 30 illiyi ilə bağlı tədbir partiyanın Nizami Rayon Təşkilatı tərəfindən Heydər Əliyev adına Neft Emalı Zavodunda təşkil olunub.
Xatırladaq ki, Ramin Əhmədov 1 fevral 2020-ci ildə Türkiyə-Azərbaycan münasibətlərinin inkişafındakı göstərdiyi xidmətlərə görə, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası tərəfindən "Təşəkkürnamə" ilə təltif edilib.
Ramin Əhmədov Nizami rayonunun ictimai həyatında və mədəni inkişafında fəaliyyətinə, xüsusilə də COVİD-19 pandemiyası zamanı, eləcə də Vətən müharibəsi dönəmində qazilərə, müharibə iştirakçılarına və şəhid ailələrinə yönəlik tədbirlərə verdiyi əhəmiyyətli dəstəyə, eləcə də 27.09.2021–12.11.2021-ci il tarixlərində Vətən müharibəsinin I ildönümü münasibətilə rayonda keçirilmiş bütün tədbirlər üzrə xüsusi fəallığına görə, Nizami Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərmanla təltif edilib.
Qlobal.az





