SON XƏBƏR

Elçin Şıxlı tiktokerin cinayət məsuliyyətinə cəlb olunmasını istəyir

Sentyabr 13
05:47 2023
Baş redaktor deyir ki, Əlihüseyn Ağayev onu təhqir edib

"Tik-tok” platformasında ictimai-siyasi mövzularda çıxışlar edən Əlihüseyn Ağayev xüsusi ittiham qaydasında məhkəməyə verilib. 

Onun Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edən isə Azərbaycan Jurnalistlər Birliyinin sədri, "ayna.az” saytının baş redaktoru Elçin Şıxlıdır.

Əlihüseyn Ağayev uzun illərdir Bakıda yaşasa da, əslən Lənkəran rayonundandır. Bu səbəbdən Elçin Şıxlı ona qarşı xüsusi ittiham qaydasında iddianı Lənkəran Rayon Məhkəməsinə təqdim edib.

Elçin Şıxlı Meydan TV-yə məhkəməyə müraciət etdiyini təsdiqləyib. Deyib ki, buna səbəb sözügedən şəxs tərəfindən özünün və ailə üzvlərinin təhqir olunmasıdır.

Lakin məhkəmə onun iddiasını icraata götürməkdən imtina edərək, bugünlərdə geri qaytarıb. Səbəb kimi isə iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğun olmadığı göstərilib.

Əlihüseyn Ağayev 2022-ci ilin dekabrında iddia edirdi ki, "Tik-tok”da Milli Şuranın üzvü Gültəkin Hacıbəylini müdafiə edən çıxışına görə təzyiqlə üzləşib. Həmin dövrdə Gültəkin Hacıbəylinin özü də xüsusi ittiham qaydasında məhkəməyə verilmişdi.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook