Elçin Sadıqov ev dustaqlığına buraxıldı
Sentyabr 17
14:58
2022
Rüşvət almada iştirakçılıq ittihamı ilə həbs edilən Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Elçin Sadıqov ev dustaqlığına buraxılıb.
Bu barədə qərar bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Zəki Babayevin sədrliyi ilə keçirilən iclasda qəbul edilib.
Qeyd edək ki, vəkilləri E.Sadıqovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini, ev dustaqlığına buraxılmasını istəmişdi.
Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, istintaqla vəzifəli şəxs olan "Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun "Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20 000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanan ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.