Elcan Abdullayev Xankəndidə biznes fəaliyyətinə başladı
Fevral 03
13:32
2026
Xankəndi şəhərində "Texniki Nəzarət” adlı şirkət yaradılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.
Məlumata görə, şirkət Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsində 100 manat nizamnamə kapitalı ilə qeydiyyata alınıb.
Şirkətin qanuni təmsilçisi isə Abdullayev Elcan Söhrab oğludur.
Qeyd edək ki, E.Abdullayev uzun illər bank sektorunda fəaliyyət göstərib. O, "Kapital Bank”, "AFB Bank”, "Expressbank” və "Respublika Bank”da müxtəlif yüksək vəzifələrdə çalışıb. Bağlanmış "Deka Bank”da İdarə Heyətinin üzvü olub. O, 2022-ci ildən isə bank sektorundan ayrılıb.
Qlobal.az