SON XƏBƏR

“El-Seym İnşaat” şirkətinin fəhlələri qanunsuz işlətdiyi aşkarlanıb - DƏMX hərəkətə keçdi

İyul 18
20:28 2024
"El-Seym İnşaat” şirkətinin fəhlələri qanunsuz işlətdiyi aşkarlanıb 

Tikinti sektorunda fəaliyyət göstərən "El-Seym İnşaat” QSC-də nöqsanlar aşkarlanıb.

İqtisadiyyat.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) daxil olan müraciərlər əsasında şirkətdə yoxlama aparıb.

Yoxlamalar zamanı şirkətin fəhlələri əmək müqaviləsi bağlamadan işə cəlb etdiyi aşkarlanıb.

Buna görə qurum şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması Nəsimi Rayon Məhkəməsinə göndərilib. İş hakim Solmaz Mustafayevanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmə protokolu təsdiq edərsə, "El-Seym İnşaat” şirkəti 25 000 manatadək cərimələnəcək.

Şirkətin barəsində protokol tərtib olunan maddədə deyilir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook