Əl-Cəzirə telekanalı 500-ə yaxın əməkdaşını ixtisar edəcək
Mart 27
20:18
2016
Qətərin Əl-Cəzirə telekanalı dünya üzrə 500-ə yaxın əməkdaşını ixtisar edəcəyini açıqlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, məqsəd məhsuldarlığı optimallaşdırmaqdır. İxtisar ediləcək işçilərin əksəriyyəti (60 faizə yaxın) ölkə daxilində çalışanlar olacaq.
Kütləvi ixtisarlar barədə qərar "Əl-Cəzirə Amerika”nın fəaliyyətini dayandırmasından sonra çıxarılıb.
Qlobal.az



