Ekspertdən DSMF-yə sual: 50-75 yaş arasında neçə nəfər pensiya alır?
İyun 30
23:14
2021
"Sosial Müdafiə Fondunun sədri bildirir ki, pensiya yaşının artırılması ilə bağlı təkliflərə yer yoxdur. Səbəb kimi bunu göstərir ki, hazırda pensiya alanların 97 faizdən çoxu 12-35 il arası pensiya alır”.
"Amma qurumdan rica edək ki, həmin informasiyanın ardınca bəzi məlumatları da ictimaiyyət üçün açıqlasın. Məsələn, hazırda pensiya alanların yaş strukturu necədir? 50 yaşadək, 50-55, 55-60, 60-65, 65-70, 70-75 yaş intervallarında, 75 yaşdan yuxarı pensiya alanların sayı nə qədərdir? Hazırda pensiya alanların neçə nəfəri güzəştli və erkən pensiya hüququ qazanmış şəxslərdir, hansı hissəsi normal yaş tələbilə pensiyaya çıxanlar? Bu məlumatlar olmadan açıqlanan 12-35 il pensiya almaqla bağlı arqument əsaslı deyil”, - deyə ekspert vurğulayıb.
"Pensiyanı alma müddətilə pensiya yaşı arasında əlaqə bialvasitə normal yaşda pensiya hüququ qazananlara münasibətdə maraqlıdır - bütün pensiya alanlara deyil...”
(Valyuta.az)



