Ekspert: "Yeni doğulan uşaqlarda nevroloji problemlərin əlamətləri var"
Avqust 04
11:21
2023
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Leyla Rəhimova yeni doğulan uşaqlarda nevroloji problemlərin əlamətlərini açıqlayıb.
"Report"un xəbərinə görə, o bildirib ki, mərkəzi sinir sisteminin zədələnməsi baş beynin və onurğa beyninin formalaşdığı bətndaxili inkişafdan başlayaraq uşağın inkişafının müxtəlif dövrlərində yarana bilər.
Həkim deyib ki, doğulduqdan sonra uşaqlarda nevroloji xəstəliklərin əsas kimi kəskin və xroniki stres, infeksiya, travma, törəmələr və s. göstərmək olar.
O, uşaqlarda tez-tez rast gəlinən patologiyalara yuxu pozğunluğu, baş ağrıları, nitqin və mental inkişafın geriliyi, qıcolmalar və müxtəlif nevrozların aid olduğunu vurğulayıb.