Ekspert: “Tanışlıq, qohumluq və rüşvət hesabına məktəb direktoru olanlar var”
May 17
11:42
2022
"Təhsil Nazirliyi işə qəbul prosesində müəyyən dəyişikliklər etməlidir”. DİA.AZ xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
Qeyd edək ki, son zamanlar ümumtəhsil məktəblərində baş verən neqativ hallar cəmiyyətin narahatlığına səbəb olub. Mütəxəssislər məktəblərdə baş verən neqativliyi direktorlarının təyinatında yol verilən qanun pozuntusu ilə əlaqələndirirlər.
Belə ki, məktəbdə çalışan direktor müavinləri təyinatdan kənarda qalır, boşalan yerlərə kənar məktəblərdə çalışan direktor müavinləri təyinat alırlar. Bu isə kollektivdə intriqaların yaranmasına, idarəçilik mexanizminin pozulmasına səbəb olur. Bir sözlə bacarıqlı kənarda qalır, bacarıqsız vəzifəyə keçir.
Elçin Əfəndi kənar təsirlərin daha çox olduğunu bildirib:
"Təhsil Nazirliyində müəyyən dəyişikliklər etmək lazımdır. Çünki hərə bir istiqamətə çəkir. Ortaq məxrəcə gələ bilmirlər. Nazirlik fərqli şəxslərin təsiri altında fəaliyyət göstərir. Kənar təsirlər çox olur. Kənar təsirlər də özünü sonradan bu şəkildə büruzə verir”.
Ekspert qeyd edib ki, qeyri-qanuni yolla direktor olan kənar şəxslər vəzifədən uzaqlaşdırılmalıdır:
"Dövlət tərəfindən addımlar atılmalıdır. Direktorların işə qəbul məsələsinin şəffaf qayda keçirilməsini göstərsələr də, təəssüflər olsun ki, elə deyil. Direktorlar işə qeyri-qanuni yollarla qəbul olurlar. Ən azı 20-30 nəfəri belə qəbul olunur.
Saxta diplomla işləyənlər də az deyil. Nüfuzlu direktorlar qalır kənarda, belələri işləyir. Belə məqamlar çoxdur. Tanışlıq, qohumluq və rüşvət hesabına məktəb direktoru olanlar da var. Bunun aradan qaldırılması üçün şəffaf qayda tətbiq olunmalıdır. Belə davam etsə, intriqalar çoxalacaq. Gündə biri narazılığını bildirəcək. Bunlar haqlı arqumentlərdir. Qarşısı alınmalıdır”.