Ekspert: "Səhiyyə Nazirliyi və TƏBİB qəsdən ölkədə COVID-in yayılması ilə məşğuldur"
Fevral 03
05:50
2022
"Azərbaycanda Səhiyyə sistemi tam mənası ilə çöküb”.
Bunu media eksperti, hüquqşünas Ələsgər Məmmədli öz feysbuk profilində yazıb.
"Şənbə günü yoldaşım yüksək temperaturla xəstələndiyində dərhal şübhələndim və 814 qaynar xəttinə zəng elədim. Bir neçə saat musiqi dinlədikdən sonra məlum oldu ki, telefonları musiqiyə calayıb əkiliblər.
Sahə həkiminə (39 saylı poliklinika) zəng edib, vəziyyəti izah etdim. COVID şübhəsi olduğunu dərhal test üçün səyyar sağlıq çalışanlarının yönləndirilməsini xahiş etdim.
Həftə sonu olduğundan işləmədiklərini bildirdilər və bununla bağlı yalnız qaynar xəttə zəng edin dedilər.
TƏBİB-in qaynar xəttinə 1542-yə zəng etdim. Mənə xeyli gözlədikdən sonra operator bildirdi ki, Bakı şəhərinə Səhiyyə Nazirliyi məsuliyyət daşıyır. Onlar da bazar günü işləmir, siz 1-ci gün 814-lə əlaqə saxlayın.
Mən bu nəticələrlə bazar günü təkrar 1542-yə və 814-ə zəng edib vəziyyəti izah etdim və xəstənin COVID testinin əslində pozitiv olduğunu, belə halda 1-ci gün məktəbə dərsə gedərsə, hər kəsi yoluxdura biləcəyini bildirdim (Bir tərəfdən də məktəb haqlı olaraq rəsmi portalda qeydiyyat yoxsa dərsə gəlməlisən deyərək basqı yaradır).
Hər ikisinin cavabı mənə bu oldu ki, bazar günü işləmirik, 1-ci gün 9-dan sonra zəng edin.
Cavab bu oldu ki, biz Səhiyyə Nazirliyinə məlumat verəcəyik, müraciət edənlər çoxdur, bəlkə, 2 günə gələrlər.
Təkrar 814-ə zəng etdim (sırada 42-cisiz deyib başlayan gözləmə). 40 dəqiqə müxtəlif caz musiqiləri dinlədikdən sonra operatorda bir xanım "bu gün çox məşğuluq, saat 15:00-dək işləyirik. Siz poliklinikaya müraciət edin deyib” telefonu asdı.
Təkrar polikilinika ilə əlaqə saxladım, mənə dedilər ki, biz yazıb göndərmişik, xəstə çoxdur, qalanı bizlik deyil.
2-ci gün də belə zənglər, ötür-ötürlərlə keçdi. 3-cü günə söz verdilər. Bu gün də bütün günü gözləyib, arada bir neçə dəfə 814-ə zəng edib, uzun musiqilər altında terapiya keçdik.
Ölkədə COVID-i məhz bu səhiyyə sistemi sürətlə yayır. Həm də bunu qəsdən edir. Mənim bu yaşadıqlarım buna şübhə yeri qoymur.
COVID xəstəsi müəllimi, işçini (….) qeydə almayıb, məktəbə, işə məcburi davam etməyə sövq edərək”.