SON XƏBƏR

Ekspert: “Repetitor kimi işləyən müəllimlər məktəbə vaxt keçirmək üçün gedirlər”

Mart 10
09:16 2023
Müstəqillik illərində leksikonumuza daxil olan sözlərdən biri də repetitor ifadəsidir. Təkcə Azərbaycanda deyil dünyanın bir çox ölkələrində bu işlə məşğul olan insanlar mövcuddur.

Bizim.Media-ya acıqlamasında təhsil eksperti İlqar Orucov bildirib ki, Azərbaycanda repetitorluğu bir qədər fərqli istiqamətə istiqamətləndirmək daha doğru olardı:

"Repetitorluq dünyada çox geniş yayılmış fəaliyyət növlərindən biridir. Repetitorluq təkcə Azərbaycanda olmasını demək yanlış olar, qardaş Türkiyədə belə repetitoruq geniş yayılıb. Cənubi Koreyada repetitorluq Azərbaycandan qat-qat yüksək inkişaf edib. Baxmayaraq ki, Cənubi Koreya elm və təhsil sahəsində bir çox ölkələrdən irəlidə gedir.

Amma burada fərqlər mövcuddur. Adlarını çəkdiyim ölkələrdə repetitorluq əlavə biliklər, əlavə bacarıqlar, əlavə vərdişləri öyrətmək üçündür. Bizim ölkəmizdə isə sırf məktəb proqramını mənimsəməyə yönəlmiş bir sahədir”.

Ekspert bildirib ki, Azərbaycanda repetitorluq böyük bir istiqaməti məhz məktəb sahəsinə yönəlib, bu da tam yanlışdır və təhsilin bərbar durumda olmasından xəbər verir:

"Xarici ölkələrdə valideynlər övladlarını ona görə repetitorluq yanına qoyurlar ki, orta məktəbdə keçirilən dərslərdən əlavə başqa nəsə yeni və daha dərin biliklər əldə etsin.

Biz də isə repetitorluğun böyük bir hissəsi, məhz məktəb proqramlarının mənimsənilməsinə yönəlib. Bu vəziyyət bizim övladlarımız üçün çox zərərlidir. Çünki məktəblər proqramın məzmununu mənimsənilməsinə o qədər də əhəmiyyət vermir. Repetitorluqla məşğul olan şəxslər məktəbə gələrək vaxtlarını keçirir və dərsdən sonra isə uşaqları öz kurslarına cəlb edirlər.

Ümumiyyətlə bu mövzu ilə bağlı Elm və Təhsil nazirliyi tərəfindən yaxın zamanlarda ciddi dəyişiklik etməyə ehtiyac var. Belə bir qaydanın hazırlanması lazımdır. Repetitor fəaliyyəti qanunlara oturdulmalı və orada çalışan müəllimlər məktəblərdə təhsilə cəlb edilməməlidir”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook