Ekspert: “İfşa kampaniyası hələlik tam görünməyən siyasi gəlişmələrin kiçik bir hissəsidir”
Sentyabr 13
15:33
2021
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşovun intim görüntüləri sosial şəbəkələrdə yayılıb. Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşov yerli mediaya bildirib ki, haqqımda yayılan video şəxsinə qarşı edilən şantaj və qurmadır.
"Hesab edirəm ki, bu adamlar xaricdəki qüvvələr tərəfindən idarə edilir. Yoxsa onlar mənim harada çalışdığımı haradan bilir? Təbii ki, bu, sifarişlidir.”
Qeyd edək ki, bu ilk hal deyil ki, baş verir. Aprel ayında sosial şəbəkələrdə hakim Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun xanım köməkçisinə qarşı qeyri-etik hərəkətlərinin əks olunduğu videogörüntü yayılıb. Ötən ayın sonlarında isə prezidentin sabiq köməkçisi Əli Həsənov Tvitter hesabında paylaşım edərək gizli çəkilən fotosu ilə şantaj edildiyini bildirmişdi.
Bu görüntüləri kim yayır? YAP-çıları kim şantaj edir? Bu kimi videogörüntüləri yaymaqda məqsəd hakim partiyanı nüfuzdan salmaqdır, yoxsa baş verənlər partiya daxili qruplaşmaların mübarizəsinin nəticələridir?
– Ərəstun bəy, sizcə, bu görüntüləri kim yayır? YAP-çıları kim şantaj edir?
-Əvvəla onu qeyd edim ki, belə görüntülərdən siyasi mübarizə və ya sadəcə insanları nüfuzdan salmaq, şantaj etmək məqsədilə istifadə olunması təkcə çirkin əməl deyil, həm də qanunsuzdur, cinayətdir. Amma təəssüf ki, son illər Azərbaycanda belə çirkli texnologiyalardan istifadə adi hala çevrilib. Əvvəlki illərdən bir tək fərq ondadır ki, o zaman belə üsullardan daha çox hakimiyyətin müxalifətdəki, vətəndaş cəmiyyətindəki, mediadakı opponentlərinə qarşı istifadə olunurdusa, bu gün onların qurbanı olanlar hazırki və keçmiş iqtidar nümayəndələridir. Burdan da aydın olur ki, artıq mübarizə müxalifətlə hakimiyyət arasında deyil, birbaşa ikincinin daxilində gedir. Bu səbəbdən də intim görüntülərlə nüfuzdan salmanın qurbanları indiki və keçmiş iqtidar nümayəndələridir. Qaldı görüntülərin kim tərəfindən yayılmasına, məncə burda da hər şey aydındır: belə görüntülər daim hakimiyyətin ən yüksək eşolonlarından sanksiyalaşdırılıb və bu gün də belədir. Bunun da izahı son dərəcə sadədir. Bu tipli görüntülər yalnız bunun üçün xüsusi texniki və digər imkanları olan qurumlar üçün əlçatandır. Onların da hamısının dövlət qurumları olduğunu nəzərə alsaq demək, sanksiyalaşdıran da hakimiyyətin özüdür.
– Bu kimi videogörüntüləri yaymaqda məqsəd hakim partiyanı nüfuzdan salmaqdır, yoxsa baş verənlər partiya daxili qruplaşmaların mübarizəsinin nəticələridir?
– Bu görüntülər hakimiyyətə yaxın mediada açıq şəkildə yayıldı. Sizin də bildiyiniz kimi hakimiyyətə yaxım media bunu özbaşına edə bilməzdi. Bu da şübhələri artırır. Ola bilərmi bu sifariş yuxarılardan gəlsin?
– Əlbəttə ki, hakimiyyətə yaxın media bunu öz təşəbbüsü ilə yaya bilməz. Məncə burda şübhəyə heç bir əsas yoxdur, əksinə görüntülərin hakimiyyətə yaxın media tərəfindən yayılması mənzərəyə daha da aydınlıq gətirir. Deməli, həmin ifşaedici materialların yayılması hakimiyyətin özü tərəfindən sanksiyalaşdırılıb. Özü də ən yüksək səviyyədə.
– Son vaxtlar parlamentin buraxılacağı, referendum və proporsional qaydada yeni seçkilərin keçiriləcəyi ilə bağlı ictimaiyyətdə söhbətlər gəzir. Ola bilərmi biz yaxın vaxtlarda yeni bir partiyanın ortaya çıxmasına və ya hakim partiyanın özünü buraxmasına və re-brendinq etməsinin şahidi olaq?
– Biz illərdir bu kimi təhdid növlərinin müxalif fəallara, jurnalistlərə qarşı edildiyinin şahidi olmuşduq. İndi isə bunu hakim partiya üzvlərinə qarşı edildiyini görürük. Ola bilərmi, Ramiz Göyüşovun özünün dediyi kimi bunu xaricdəki qüvvələr etsin?
– Daim "xaricdəki qüvvələr” dedikdə kimi nəzərdə tutduqlarını bilmirəm, amma onu dəqiq bilirəm ki, hətta xaricdən görülən işlərin bir qismi də ölkənin daxilindən, daha dəqiq desək, hakimiyyətin daxilindən qaynaqlanır. Azərbaycanın az qala bütün bəlalarının səbəbkarı kimi göstərməyə çalışdıqları "xaricdəki qüvvələr” haqda deyilənlər isə çeynənmiş ucuz spekulyasiyadan başqa bir şey deyil. Hərçənd Azərbaycan qonşu olan bəzi ölkələrin müəyyən məsələlərdə maraqlı olması istisna deyil, amma onlar da ölkənin, konkret halda isə hakimiyyətin daxilindəki "5-ci kolonlarından” istifadə edirlər.
– Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev dərhal mediaya bildirib ki, R.Göyüşovun ümumiyyətlə partiya sıralarından xaric edilməsi məsələsinə isə YAP İdarə Heyətinin iclasında baxılacaq. Bu kimi hallara görə partiya sıralarından xaric edilmək doğrudurmu? Çünki bu həm də şəxsi həyat məsələsidir. Bu operativ bəyanatı ilə YAP özü bu hadisəni siyasiləşdirmək məqsədi güdə bilərmi?