SON XƏBƏR

Eks-deputat Rza İbadov Bakıya gəlib və...

Dekabr 30
17:25 2015
Keçmiş deputat, hazırda Londonda yaşayan Rza İbadov bu yaxınlarda Bakıya gəlib.
 
Bu barədə Modern.az saytına etibarlı mənbədən məlumat verilib. Bildirilib ki, Rza İbadov 3 həftə bundan öncə Bakıya gəlib və sonra yenidən Londona qayıdıb. Onun Bakıya qəfil gəlişinin məqsədi barədə məlumat verilməyib.
 
Qeyd edək ki, Rza İbadov 1995-2000-ci illərdə Milli Məclisin deputatı, eyni zamanda parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri olub. Əvvəllər iki dəfə Milli Məclisə üzv seçilən R.İbadov 2005-ci ildə üçüncü dəfə 24 saylı Nizami İkinci Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Lakin seçki prosesinin gedişində şəxsinə təzyiqlər olduğunu əsas gətirərək, Azərbaycanı tərk edib və İngiltərəyə gedib.
 
Eks-deputat haqda 2006-cı ilin mayın 17-dən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə elan edilən axtarışa 27 oktyabr 2015-ci il tarixdə xitam verilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook