Əkrəm İmamoğlu casusluq ittihamı ilə bağlı ifadə verib
Oktyabr 27
09:04
2025
Keçmiş İstanbul Böyük Şəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu casusluq ittihamı ilə bağlı ifadə verib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, İmamoğlu seçki kampaniyası zamanı adı çəkilən yazışmalarda iştirak edən şəxsləri tanımadığını və heç bir əlaqəsinin olmadığını bildirib.
İttihamda "Wickr Me” mesajlaşma proqramı vasitəsilə 150 minlik "rəqəmsal ordu” və "gerçək zamanlı rəqəmsal kəşfiyyat” kimi terminlərin istifadə olunduğu iddia olunur.
İmamoğlu proqramı ilk dəfə eşitdiyini və yazışmalarla heç bir əlaqəsinin olmadığını bildirib.



