SON XƏBƏR

Əkrəm İmamoğlu barəsində istintaq başladılıb

Yanvar 27
13:53 2025
İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində istintaq başladılıb.

APA NTV-yə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu İmamoğlu barəsində Türkiyə Cinayət Məcəlləsinin 277 və 288-ci maddələri üzrə istintaq başladıb.

İmamoğlunun mətbuat konfransında açıqlamasında ekspertin adının çəkməsinin ədliyyə orqanlarında xidmət edən şəxsə təsir və hədəfə alınma cəhdi olduğu ifadə edilib və bu səbəbdən ona müvafiq maddələrlə cinayət işinin açıldığı qeyd olunub.

Baş Prokurorluq bu istiqamətdə mediada açıqlama verən şəxslərlə bağlı lazımi qərarların verilməsi üçün İstanbul Polis İdarəsinə göstəriş verildiyini də diqqətə çatdırıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook