SON XƏBƏR

Əkrəm Əylisliyə həbs təhlükəsi-məhkəmə gələn ay olacaq

Aprel 08
08:11 2016
Vəkil: "Gedən proseslər ”Daş yuxular" romanının davamıdır"

Yazıçı Əkrəm Əylisliyə qarşı açılan cinayət işi çərçivəsində aprelin 6-da ittiham elan olunub. O, şübhəli və təqsirləndirilən şəxs qismində artıq istintaqa cəlb olunub. Əylisli Cinayət Məcəlləsinin  221.1-ci maddəsi (xuliqanlıq) ilə təqsirləndirilir. 

Yazıçıya qarşı irəli sürülmüş ittiham aktında onun martın 30-da ictimai qaydanı pozduğu, söyüşlər söydüyü və DSX-nin əməkdaşı 15.09.1981-ci il təvəllüdlü Seyidov Nihal Azər oğlunun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurduğu qeyd olunur. Artıq Ə.Əylisli istintaqda ilkin ifadəsini də verib. O, ittihamların heç birini qəbul etməyərək, heç kəsi təhqir etmədiyini, vurmadığını bildirib. Yaşının buna imkan vermədiyini qeyd edən yazıçı ona qarşı cinayət işinin açılmasını fəaliyyəti ilə əlaqələndirib. 

Bu barədə "Yeni Müsavat”a Əylislinin hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov məlumat verib. O, Əylislinin yazıçılıq fəaliyyəti ilə bağlı təzyiqlərlə üzləşdiyini bildirdi: "Cinayət işi ilə bağlı Əylisli bildirir ki, ittiham saxta, quramadır. Faktiki bunun hüquqi əsası da yoxdur. Əkrəm Əylisli heç kəsi vurmayıb. Onun fiziki qabiliyyəti də yoxdur kimisə vurmağa. 79 yaşı var. Biz hesab edirik ki, bu ittihamlar saxtadır. Məhkəmədə bu ifşa olunacaq. Əkrəm müəllimin guya vurduğu Seyidov Nihalın 35 yaşı var və əvvəlcədən tanış deyillər. Bu məsələ şəxsi deyil. Nihalın şəxsi fikirləri yoxdur. O, idarə olunur. Özünün təşəbbüsü ola bilməz. Hüquqlarını müdafiə etdiyim şəxsin ölkəni tərk etməməsi üçün barəsində qərar çıxarılıb. Həmin sanksiyada 1 il müddətində azadlıqdan məhrumetmə nəzərdə tutulur. Bizə istintaqın növbəti aya qədər yekunlaşacağını bildirdilər. Aeroportun videoyazıları tələb olunub. Ondan sonra çox güman ki, iş məhkəməyə göndəriləcək”.

Vəkil Əylislinin illər öncə yazdığı, xalq yazıçısı adının  alınmasına səbəb olan "Daş yuxular” romanına görə də bu cür hallarla üzləşdiyini istisna etmədi: "Demək olar ki, Əylisli ilə bağlı hazırda gedən proseslər ”Daş yuxular" romanının davamıdır".

Xatırladaq ki, üç il öncə Əkrəm Əylislinin yazdığı "Daş yuxular” romanı böyük qalmaqala səbəb olmuşdu
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook