SON XƏBƏR
  • "Vüsal 300" ev dustaqlığına buraxıldıBir müddət əvvəl həbs edilən "Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu ev dustaqlığına buraxılıb. "Report"un əldə etdiyi xəbərə görə, bu barədə Xətai rayon Məhkəməsi qərar verib. ..
  • Əlisəmid Kür vəfat etdiŞair Əlisəmid Kür (Cəfərli) vəfat edib. Bu barədə APA-ya şairin ailə üzvləri məlumat veriblər. Ailəsinin bildirdiyinə görə, o, bu gün yaşadığı evdə dünyasını dəyişib. Qeyd edək ki, səhhətində..
  • Şərurlu İsfəndiyar kabinetində gizli çəkiliş edib - VİDEOMəşhur iş adamı şərurlu İsfəndiyarla bağlı qalmaqallı iddia ortaya atılıb. Qlobal.az xəbər verir ki, onun APA TV-nin əməkdaşlarını gizli şəkildə çəkərək kanalı təhdid etdiyi bildirilib. İddiaya ..
  • Nizami rayonunda ağacı hasarlayaraq MİS-ə anbar tikilib - VİDEOBakının Nizami rayonu, Nəsimi küçəsi 37 ünvanında ağacı hasara alaraq anbar tikiblər. Əvvəlcə ağacın ətrafını armaturla toxuyub, sonra daşla hörüblər. Xezerxeber.az-ın məlumatına görə, bununla b..
  • "Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib"Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib. Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 171 xalı olan Azərbaycan ..
  • Fransanın Baş naziri yeni hökuməti formalaşdırıbFransanın Baş naziri Sebastyen Lekornyu yeni hökuməti formalaşdırıb. "Report"un xəbərinə görə, bu barədə BFMTV telekanalı Yelisey sarayına istinadən məlumat yayıb. Jan-Noel Barrot xarici işl..
  • "İsraili təhlükəsizlik sınaqları gözləyir" - Netanyahuİsrail hələ də təhlükəsizlik sınaqları ilə üzləşir, bəzi düşmənləri yenidən hücum etmək üçün bərpa olunmağa çalışırlar. "Report"un xəbərinə görə, yəhudi dövlətinin Baş naziri Binyamin Netanyahu ..
  • Azərbaycanlı pianoçu Londonda solo konsertlə çıxış etdiBeynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü Vüsalə Babayeva London Transport Muzeyində növbəti dəfə solo konsert proqramı ilə çıxış edib. AZƏRTAC xəbər verir ki, Vüsalə Babayeva konsert..
  • Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)Milli Məclisin sabiq sədri Rəsul Quliyevin ailəsi 30 ildən sonra ilk dəfə Bakıya gəlib. "Qafqazinfo” xəbər verir ki, bu barədə sabiq spikerin qızı Xanım Hənna feysbuk hesabında məlumat yayıb. O ..
  • Prezident Misirə getdiPrezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfərə gəlib. ..

Ekologiyaya ziyan vuran sahibkar Fondun 17 milyon manatlıq tenderini uddu

Fevral 25
19:12 2025
İpoteka və Kredit Zəmanət Fondu sifarişçi olduğu növbəti satınalmaya yekun vurub. 
 
Qlobal.az xəbər verir ki, "yeni inzibati binada təmir-bərpa işləri" lotu üzrə keçirilən satınalmada "Maksimus" (VÖEN: 2900010021) Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.
 

 
Satınalmanın məbləği 17.804.626 manat təşkil edib. 
 
"Maksimus" MMC 2004-cü ilin aprel ayında təsis edilib. Yüz manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Bakı-Dərbənd yolu, ev şimalı, qanuni təmsilçisi isə Gülməmmədov Muxtar Əşrəf oğludur. 
 

 
"Maksimus" MMC ölkədə fəaliyyət göstərən tikinti şirkətlərindən biridir. Şirkət 2022-ci il maliyyə hesabatında ili zərərlə bitirdiyi audit hesabatında məlum olmuşdu.
 
Şirkətin qanuni təmsilçisi Muxtar Babayevin adı 2021-ci ildə Bakı şəhəri Atatürk prospektində xeyli sayda ağac və kolları ekspertiza rəyi olmadan budatdırdığı və kökündən çıxartdırdığı üçün mediada gündəmə gəlmişdi.
 

 
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Atatürk prospekti 118A ünvanında yerləşən obyektin qarşısındakı 3 müxtəlif cinsli ağacın qanunsuz olaraq gövdəsinin üst hissəsindən budandığı, 3 zeytun ağacının və bir neçə dekorativ kolun isə kökündən çıxarıldığını aşkarlamış, ağacların müvafiq ekspertiza rəyi olmadan qanunsuz köçürülməsinə və budanmasına göstəriş verən obyekt sahibi Muxtar Gülməmmədov barəsində akt, protokol tərtib edərək vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimə etmişdi.
 

 
Xatırladaq ki, İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri Fəxri Kazımovdur. 
 
Fəxri Kazımov uzun Azərbaycan Sosial Rifah Partiyasının sabiq sədri, sabiq deputat Xanhüseyn Kazımlının oğludur. 
 
Cahandar Laçınlı
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook