“Ekolizinq” MMC ilə bağlı DTX-ya şikayət: Şirkət dələduzluqda ittiham olunur
İyul 14
20:31
2021
"Ekolizinq” MMC-dən şiakəyçi olan vətəndaş Mehdi Muradov Dövlət Təhlükəsizlik Xidmətinə müarciət edib.
Qlobal.az xəbər verir ki, bu barədə Hit.az-a şikayətçinin özü məlumat verib.
Mehdi Muradov bildirib ki, sözgedən şirkət ona qarşı faktiki olaraq dələduzluq əməli törədib və hüquq-mühafizə orqanları bu işi araşdrımalıdır.
"Müraciətimdə Dövlət Təhlükəsizlik Xidmətindən xahiş etmişəm ki, baş verənləri ciddi şəkildə araşdırsın. Ümid edirəm ki, müraciətimə müsbət yanaşılacaq”, - deyə şikayətçi bildirib.
Mehdi Muradov 28 dekabr 2018-ci il tarixdə "Ekolizinq” MMC ilə lizinq müqaviləsi bağlayıb. Şikayətçi deyir ki, 15.400 AZN məbləğində kreditə imza atsa da, ona 12.000 AZN verilib. Bu azmış kimi sözügedən lizinq şirkəti Mehdi Muradova əlavə borc və faiz yazıb.
"Bu barədə mediada şikayətlərim gedib. 2020-ci ilin mart ayında koronavirus pandemiyasına görə ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Bu baxımdan, həmin ay krediti ödəyə bilməmişəm. Amma aprel ayından başlayaraq yenidən ödənişlər etmişəm. "Ekolizinq” MMC-nin rəhbərliyi bunu əsas gətirərək əlavə 2300 AZN borcumun olduğunu deyib. Mən bu məbləği ödəmək istəyəndə tövsiyə veriblər ki, 2000 AZN ödə borc bağlansın. Onların sözlərinə görə, mənə 515 AZN güzəşt ediblər.



