SON XƏBƏR

Əjdər Ol şikayətini geri götürdü

Dekabr 06
13:18 2023
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri, məhkum yazıçı Əjdər Cəbiyev (Əjdər Ol) apellyasiya qərarından verilmiş kassasiya şikayətini geri götürüb.

"Qafqazinfo”nun məlumatına görə, bu, Ali Məhkəmədə keçirilən iclasda elan edilib.

Prosesə sədrlik edən hakim Tahir Kazımov deyib ki, məhkum Cəbiyev məhkəməyə ərizə göndərib, vəkili tərəfindən verilmiş şikayətə baxılmamasını xahiş edib. 

Məhkəmə məhkumun prosessual hüququnu təmin edib. 

Qeyd edək ki, Əjdər Ol sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə aparılan istintaqla həbs olunub. O, külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi sonradan həbs müddətini 3 ay azaldıb.

Səlim Müslümov isə ibtidai istintaq dövründə ev dustaqlığına buraxılıb. Onun məhkəməsi 2 ildir davam edir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook