Ehtiyatda pul saxlamaq istəyənlərə ekspertdən məsləhət: “Üçlü səbət...”
Avqust 19
11:44
2020
"Əslində manatın avroya qarşı məzənnəsi birbaşa müəyyən edilmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli payızda manatın avroya görə məzənnəsinin necə olacağından danışarkən deyib. Onun sözlərinə görə, Azərbaycanda inzibati məzənnə rejimi olduğu üçün manatın da məzənnəsi dollarla inzibati qaydada tənzimlənir:
"Dünya bazarlarında dolların digər valyutalara hansı formada dəyişkənliyi baş verirsə, manatın həmin valyutalara olan məzənnəsi dollar ekvivalentində hesablanaraq təyin edilir. Ona görə də avronun gələcək məzənnəsi dolların avroya və digər valyutalara qarşı olan məzənnəsindən asılı olacaq. Avronun birbaşa məzənnəsi manatla təyin edilmir”.
Ekspert bildirib ki, Amerika Mərkəzi Bankının atdığı addımlar onu göstərir ki, dolların az da olsa dünya bazarında zəifləməsində Amerikanın, FED-in marağı var:
"Maraq da ondan ibarətdir ki, istehsalçı və ixracatçı ölkələr öz milli valyutalarının zəifləməsini ixracatda üstünlük qazanması üçün həmişə istifadə ediblər. Ona görə də dövlət iqtisadi alətlərlə məsələyə müdaxilə eləmir. Bu onu deməyə əsas verir ki, avro qarşısında dolların ucuzlaşması bir müddət davam edəcək. Bu baş verəcəksə, manat ekvivalentində də bizdə avro daha bahalaşacaq. Yəni, artıq bir avronun satış məzənnəsi 2 manatı keçib. Dollarla avro arasında nisbət necə dəyişəcəksə, manatın avro qarşısında ucuzlaşması da o nisbətdə baş verəcək”.
Natiq Cəfərli ehtiyatda pul saxlamaq istəyən sadə vətəndaşlar üçün üçlü bir səbət formulundan istifadə etməyi məsləhət bilib:
"Əllərində olan pul vəsaitini 3 yerə bölüb, dollarda, avroda və ingilis funtunda saxlamaq daha məntiqlidir. Üçlü səbət olduqda vətəndaşlar heç nə itirmir. Tək bir valyutada yatırımları saxlamaq doğru deyil”.