SON XƏBƏR

Əhmədinejadın adamı həbsxanadan səsləndi: Zülm bitəcək

Avqust 01
09:28 2018
İnşallah yaxın vaxtda məhkəmə sədri Sadiq Laricani və İnqilab Keşikçiləri Kəşfiyyat Qurumunun rəhbəri Hüseyn Taibinin cəzalanmasına şahidlik edəcəyik.

Axar.az xəbər verir ki, bunu məhbus həyatı yaşayan İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın müavini Həmid Bakayi deyib.

"Evin həbsxanasının qapıları bir gün açılsa, necə zülmlərin edildiyi ortaya çıxacaq. Bilin ki, zülm davam etməyəcək. Bu insanlar son günlərini yaşayırlar", - Bakayi qeyd edib.

Qeyd edək ki, İranın keçmiş prezident Mahmud Əhmədinejadın müavini Həmid Bakayi vəzifədə olduğu dövrdə maliyyə cinayətlərində təqsirli bilinərək, 15 milyon 350 min dollar məbləğində pulu ödəmədiyi üçün həbs olunmuşdu. O, həbsindən 1 gün əvvəl Teleqraf hesabında ona qarşı irəli sürülən iddialarla bağlı sənədləri yayımlamışdı. Bunun səhərisi günü Bakayi 15 il həbs cəzası almışdı.

İranın keçmiş prezident Mahmud Əhmədinejad isə əsl günahkarların məhkəmə rəsmilərinin olduğunu bildirərək, onun həbsinə etiraz etmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook