SON XƏBƏR

Əhməd Oruc inəklərini satıb

Yanvar 30
16:14 2016
"Devalvasiya hər bir azərbaycanlı ailəsinə olduğu kimi mənə də təsir edib”. Azadlıq Partiyasının sədri Əhməd Oruc Cebhe.info-ya açıqlamasında belə deyib.
 
Ə.Oruc manatın dollar qarşısında məzənnəsinin kəskin formada itirməsinin ölkədə ağır sosial-iqtisadi böhran yaratdığını bildirib: "Azərbaycanda devalvasiyanın təsir etmədiyi ailə qalmayıb. Gündəlik tələbat malları ilə yanaşı bazarlarda hər şeyin qiyməti qalxıb. Böhran digər Azərbaycan vətəndaşlarına necə təsir edibsə, bizə də eyni formada təsir edib”.
 
Əhməd Oruc məşğul olduğu fermer təsərrüfatına devalvasiyanın təsirləri barədə də danışıb. "Heyvandarlıq təsərrüfatım iki ildir yoxdur, əvvəllər var idi. Təsərrüfatın profilini iki ildir dəyişmişik. Hal-hazırda arıçılıq təsərrüfatını yaratmağa çalışırıq. Lakin hələlik bunu yetərli qədər qura bilməmişik. Bir qədər çətindir. Devalvasiya arıçılıq təsərrüfatına da öz təsirini göstərib. Bu sahədə də müəyyən xəstəliklər var, bunun qarşısını almaq üçün lazım olan dərman preparatları bahadır. Dərmanlar və təsərrüfatı qurmaq üçün lazım olan digər ləvazimatların hamısı xaricdən gətirilir. Çox güman ki, devalvasiyadan sonra onların da qiymətləri artıb”, - deyə partiya sədri qeyd edib. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook