"Əhalinin dollar tələbi yanvarda 3-4 ilin ən aşağı həddinə enib" - AMB sədri
Fevral 04
11:55
2026
Ötən il üzrə valyuta hərraclarında təklif tələbi üstləyib.
O bildirib ki, bir hərraca təklif 70 milyon dollar olduğu halda tələb 54 milyon dollar olub. Yanvar ayında isə əhali tərəfindən dollar alışı son üç-dörd ilin ən aşağı səviyyəsinə enib və 18 milyon dollar təşkil edib.
Hətta Neft Fondunun transferlərinin bir hissəsi dollar şəklində Maliyyə Nazirliyinə təklif edilib. Bu vəsaitləri də növbəti aylarda tələb yarandığı halda satmağa hazırıq.
AMB sədri əlavə edib ki, hazırki şəraitdə diqqət daha çox ehtiyatların balans dəyişməsinə diqqət yetirir.



