Egey dənizində Türkiyə və Yunanıstan arasında gərginlik - 1 nəfər yaralanıb
							Fevral 23
									
										11:48
										2022
									
								Yunanıstan qüvvələri Egey dənizində Türkiyənin iki balıqçı qayığına hücum edib.
"Report” "Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.
Bildirilib ki, hadisə ötən gün axşam saatlarında Saqqız adası və İzmirin Qaraburun rayonu arasında baş verib.
Məlumata görə, Yunanıstan qüvvələrinin türkiyəlilərə açdığı atəş nəticəsində 1 nəfər yaralanıb.

				
				
				
				
				
				

