SON XƏBƏR

Əfv Komissiyasının tərkibi dəyişdirildi - SİYAHI

Fevral 19
19:33 2016
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. "Report" xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilib:
 
Komissiyanın sədri Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
 
Komissiyanın üzvləri Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri
 
Fikrət Məmmədov - Azərbaycan Respublikasının ədliyyə naziri
 
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
 
Mədət Quliyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
 
Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
 
Allahşükür Paşazadə - Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri
 
Əhliman Əmiraslanov - Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
 
Səhiyyə komitəsinin sədri, Azərbaycan Tibb Universitetinin kafedra müdiri
 
Bəxtiyar Əliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Elm və təhsil komitəsi sədrinin müavini, Bakı Dövlət Universitetinin kafedra müdiri
 
Azay Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri
 
Səttar Möhbalıyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
 
Elmira Axundova - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, jurnalist
 
Məlahət İbrahimqızı - Azərbaycan Respublikası Milli Məclisinin deputatı
 
Aynur Sofiyeva - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
 
Rəşad Məcidov - Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü
 
Əliməmməd Nuriyev - "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri
 
Mehdi Mehdiyev - Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri
 
Cəmilə Ramazanova - Azərbaycan Respublikasının əməkdar müəllimi Komissiyanın katibi
 
Kəmalə İsmayılova - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri
 
Sərəncamla Ali Məhkəmənin sədrinə və baş prokurora komissiyanın iclaslarında iştirak etmək tövsiyə olunub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook