Əfqanıstanda "Taliban" silahlılarının hücumu nəticəsində 2 əsgər həlak olub
Aprel 07
13:18
2018
Sari-Pul şimal əyalətindəki yoxlama məntəqəsinə "Taliban" radikal hərəkatının silahlılarının hücumu nəticəsində Əfqanıstan ordusunun 2 əsgəri həlak olub, 3-ü yaralanıb.
"Report"un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə "Tolo news" telekanalı xəbər yayıb.
Bildirilib ki, hücum cümə günü axşam saatlarında əyalətin kəndlərinin birində baş verib. Balh əyalətindəki Şahin düşərgəsinin nümayəndəsi Məhəmməd Hənif Rezae bildirib ki, hücum 30 dəqiqədən çox davam edib.
Onun sözlərinə görə, yaralılar hospitala yerləşdiriliblər və onların vəziyyəti sabitdir.