Əfqanıstanda “Reuters”in foto-müxbiri öldürülüb
İyul 16
12:32
2021
Əfqanıstanın cənubunda Qəndəhar əyalətinn Spin-Boldak yaşayış məntəqəsində "Taliban” qruplaşması ilə atışma zamanı "Reuters” agentliyinin foto-müxbiri Daniş Siddikui öldürülüb.
"Report” xəbər verir ki, məlumatı Qəndəhar əyaləti qubernatorunun nümayəndəsi "RİA Novosti”yə bildirib.
Onun sözlərinə görə, son günlər Daniş Siddikui regionda baş verənləri işıqlandırırmış.
"Taliban” qruplaşması Əfqanıstanla Pakistan sərhədində yerləşən Spin-Boldaka nəzarət etdiklərini bildirib.
Xatırladaq ki, 1917-ci ildə Nyu-Yorkda təsis edilən Pulitzer mükafatı ABŞ-ın nüfuzlu diplomlarından sayılır. 2017-ci ildən qalibə 15 min dollar məbləğində pul mükafatı verilir.