SON XƏBƏR

Əfqanıstanda döyüşmüş şəxslərin ailələrinə verilən təqaüdün məbləği artırılıb

Yanvar 13
10:54 2023
Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook