Əfqan Məmmədovun şirkəti 75 milyon manatlıq tenderi uddu
Dekabr 11
20:57
2025
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" Publik Hüquqi Şəxsi sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.
Qlobal.az xəbər verir ki, qurumun "Aşağı Muğan kanalının yenidən qurulması I mərhələ" lotu üzrə keçirdiyi satınalmada "Evroline" Qapalı Səhmdar Cəmiyyəti qalib elan edilib.
Tenderin məbləği 75 milyon manatdır.
Qalib elan edilən "Evroline" QSC 2004-cü avqust ayında dövlət qeydiyyatına alınıb.
Şirkətin hüquqi ünvanı Şəki rayonunun Qoxmuq kəndi, qanuni təmsilçisi isə Əhmədov Əbülfət Əlövsət oğludur.
Şirkətin saytında Əfqan Məmmədovun təsisçi, Cahangir Abdurəhmanovun isə direktor olduğu qeyd edilib.

Cahandar Laçınlı
Qlobal.az