SON XƏBƏR

Edvard Snouden Rusiyadan getməyəcək

Mart 15
19:48 2016
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden Rusiyanı tərk etməyəcək. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə onun vəkili Anatoli Kuçerena bildirib.
 
O, qeyd edib ki, hazırda amerikalı həmkarlarla "iş davam edir": "Təbii ki, E.Snouden Amerika üçün darıxır.
 
Əlbəttə ki, biz vəkillər işləyirik. Hər hansı nəticə olan kimi xəbər edəcəyik". Daha əvvəl E.Snouden ABŞ-a qayıtmaq istədiyini demişdi. Xatırladaq ki, ABŞ tərəfindən axtarışda olan E.Snouden 2013-cü ildə rəsmi Moskvadan siyasi sığınacaq istəyib və elə o vaxtdan Rusiyadadır.
 
2014-cü ilin avqustunda isə RF-də yaşamaq üçün 3 illik icazə alıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook