Ədliyyə naziri istefaya göndərildi
Mart 14
12:26
2016
Misirin Baş naziri Şərif İsmayıl ölkənin ədliyyə naziri Əhməd əz-Zanadın tutduğu vəzifədən azad edilməsi barədə fərman imzalayıb.
Yerli KİV-lərin verdiyi məlumata görə, nazirin vəzifədən azad edilməsinə səbəb onun bu yaxınlarda televiziya proqramlarından birinin efirində Məhəmməd Peyğəmbərin adını çəkərkən qeyri-korrekt ifadələr işlətməsi olub.
Siyasətçinin bu sözləri Misir cəmiyyətində müzakirələrin mövzusuna çevrilib və kəskin pislənib.
Qeyd edilir ki, Nazirlər Kabinetinin rəhbəri Əhməd əz-Zanada könüllü istefa verməsini təklif edib. Lakin nazir bu təklifi qəbul etmədiyi üçün Baş nazir özü onu işdən azad edib.
Qahirədəki ən qədim İslam Universiteti olan "Əl-Əzhar” Universiteti də bu barədə xüsusi bəyanatla çıxış edərək, artıq sabiq ədliyyə nazirinin qalmaqallı fikirlərini pisləyib. Universitetin bəyanatında vurğulanır ki, Məhəmməd Peyğəmbərin ünvanına qeyri-korrekt ifadələr işlədilməsi yolverilməzdir.
Qlobal.az



