"Ecofront" Nəsimi rayonunda ağacların kəsilməsi xəbərinə görə üzr istəyib
Mart 25
15:27
2023
Azərbaycanda ekoloji fəaliyyətlə məşğul olan "Ecofront" izləyicilərindən üzr istəyib.
Qlobal.az xəbər verir ki, buna səbəb "Ecofront"-un Bakı şəhəri, Nəsimi rayonunda ağacların kəsilməsi ilə bağlı yaydığı məlumatın qeyri-dəqiq olmasıdır:
"Nəsimi rayonunda İcra hakimiyyətinin yaxınlığında izləyicimizdən daxil olan "100ə yaxın ağacın kəsilməsi” ilə bağlı məlumatı gedib yerində araşdırdıq. Heç bir ağacın kəsilməsi faktı aşkarlanmadı. Ağaclar budanıb. Sadəcə Azərbaycansayağı kobud və səliqəsiz budama ilk baxışdan kəsilmiş görüntüsü yaradır. Dəqiqləşdirilməmiş məlumat paylaşdığımız üçün izləyicilərimizdən üzr istəyirik.
Ərazidə söküntü işləri gedir. Buna görə ağacların gələcəkdə kəsilməsindən narahat qalırıq. Ərazini nəzarətdə saxlayacağıq".
Qeyd edək ki, "Ecofront" ətraf mühit, biomüxtəliflik və iqlim böhranına qarşı fəaliyyət göstərən ekoaktivist qrupdur.