Əcəmidə ağacları doğratdırıb restoran tikdirən Etibar adlı sahibkar kimdir? - VİDEO

Aprel 07
13:10
2025
Xəbər veridiyimiz kimi Nəsimi rayonunun Memar Əcəmi metri stansiyasının yaxınlığında zeytun ağaclarını doğrayıb restoran tikdirirlər.
Qlobal.az-ın əldə etdiy məlumata görə tikinti işini Etibar adlı şəxs həyata keçirir.
Onun arxasında yüksək vəzifəli şəxsin dayandığı bildirilir.
Qeyd edək ki, ərazidəki ağacların qanunsuz kəsilməsinə və yerində restoran tikilməsinə Şəhərsalma və Dövlət Arxitektura Komitəsi, Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Nəsimi rayon İcra Hakimiyyəti heç bir münasibət bildirməyib.
Həmçinin Şəhərsalma və Dövlət Arxitektura Komitəsinin bazasında sözügedən tikinti ilə bağlı heç bir məlumat yoxdur.
Qeyd edək ki, Tikinti Məcəlləsinin 13-cü maddəsinə görə nəinki aparılan, hətta planlaşdırılan tikintinin mərhələləri və məzmunu barədə ictimaiyyətə ətraflı məlumat verilməlidir.
Məcəlləyə görə löhvədə aparılan tikinti işinin başlama və bitmə tarixi, layihəçi və podratçı şirkətlərin adları, müvafiq dövlət qurumundan tikintiyə alınan icazənin nömrəsi və tarixi barədə məlumatlar olmalıdır.
Lakin Ulu Öndərin sökülən portret və guşəsinin yerində aparılan inşaat sahəsində məlumatlandırma löhvəsi yoxdur.
Qlobal.az məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.
Cahandar Laçınlı
Qlobal.az