SON XƏBƏR

Əbülfəs Qarayev Ağsuda vətəndaşları qəbul edəcək

Oktyabr 24
14:48 2015
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri tərəfindən 2015-ci ilin oktyabr ayının 29-da saat 11ºº-da Ağsu şəhər Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində (M.Ə.Rəsulzadə küçəsi) Ağsu, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir. Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
 
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.
 
1. Ağsu rayon mədəniyyət və turizm şöbəsi Şeydazadə Cavanşir (050) 377-44-21 (02022) 6-47-72
 
2. İsmayıllı rayon mədəniyyət və turizm şöbəsi Abbasov Azər (050) 354-18-38 (02028) 5-33-20 (02028) 5-17-20
 
3. Qəbələ rayon mədəniyyət və turizm şöbəsi Qafarova Nargilə (050)677-84-10 (02420) 5-02-99
 
4. Qobustan rayon mədəniyyət və turizm şöbəsi Soltan Şəhriyar (070) 202-00-37 (2024) 5-00-08
 
5.Şamaxı rayon mədəniyyət və turizm şöbəsi Kamilova Məleykə (050) 523-42-23 (02026) 5-20-91



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook