SON XƏBƏR

DYP-də CƏNUB QRUPLAŞMASINA hansı Gömrük generalı dəstək verir?

Sentyabr 30
09:11 2016
Mübariz Şahbazovla Müşfiq Rəhimov general Ramiz Zeynalovun təqaüdə çıxacağı ilə bağlı məlumatları mediayaya niyə ötürürlər?
 
Ötən həftə Baş Dövlət Yol Polisi rəisi general Ramiz Zeynalovun təqaüdə göndərilməsi ilə bağlı məlumatların yayıldığını və buna görədə qurumdakı "Cənub qruplaşmasının" ciddi hərəkətə keçməsi ilə bağlı məlumat vermişdik.Həmin məlumatda qeyd etmişdik ki, hər zaman generala yaxınlığı iə tanınan iki cənublu DYP İdarəsinin rəis müavini polkovnik Mübariz Şahbazov və Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsinin rəisi Müşfiq Rəhimov birlikdə hərəkət etməyə başlayıb. Maraqlı nüanslardan biri isə polkovnikin Müşfiq Rəhimovla birlikdə qruplaşma yaradaraq generalın yerinə iddia etməsidir.
AzToday.az-a DYP içindəki məlumatlı mənbənin verdiyi məlumata görə, əslində general Ramiz Zeynalovun təqaüdə çıxarılması və qurumdan gedəcəyi ilə bağlı tez-tez mediada gündəmə gətirilməsi Mübariz Şahbazovla və Müşfiq Rəhimovun planlarından biridir. Belə ki, generala yaxın hər iki müavin özlərinə bağlı media qurumlarınd tez-tez üstüörtülü şəkildə Ramiz Zeynalovun təqaüd yaşının çatması ilə əlaqədar vəzifəsindən çıxarılacağını gündəmə gətirir.
 
Mənbəmiz iddia edir ki,Mübariz Şahbazovla Müşfiq Rəhimov generalın ən zəif yeri olan təqaüd məsələsini gündəmə gətirməklə onu təzyiq altında saxlayırlar. Çünki bu məlumatlar dövriyyəyə buraxıldıqca Ramiz Zeynalov narahat olmağa başlayır və müavinlərindən ortaya atılmış məlumatların gündəmdən çıxarılmasını xahiş edir. Bu isə öz növbəsində mübariz Şahbazovla Müşfiq Rəhimova sərf edir. Yəni "Cənub mafiyası" generalla bağlı həssas mövzunu mediadan çıxartmaqla Ramiz Zeynalovun rəəğbətini etimadını qazanırlar. İnformasiya mənbəmiz qeyd edir ki, sürücülük vəsiqələrinin verilməsini DYP -də kurasiya edən Mübariz Şahbazov indi digər məsələləridə nəzarətinə keçirtmək istəyir. Hər kəs yaxşı bilir ki, rayonlardakı İmtahan Qeydiyyat şöbələrində verilən sürücülük vəsiqələrinin əksəriyyəti rüşvətlə "həll" edilir. İlboyu bu qurumların ümumi "qazancı" on milyon manatlarla ölçülür. Həmin vəsaitə isə Mübariz Şahbazovun nəzarət etdiyi iddia edilir. Polkovnik məhz İmtahan Qeydiyyat şöbələrindən yığılan pullardan il boyu xeyli "əkişdir"diyi də DYP içərisində gəzən söz söhbətlər içindədir. 
 
Qeyd edək ki, DYP rəisinin müavini Mübariz Şahbazovun böyük var dövlət sahibi olması və paytaxt Bakıda xeyli sayda obyektlərinin, mülklərinin olduğu qurumda hər kəsə məlumdur. Əmək haqqısı 1000 manat civarında olan polkovnikin dəyəri milyonlarla manat ölçülən əmlaka sahib olması isə çox maraqlıdır. Hər kəs yaxşı bilir ki, polkovnik və onun ortağı Müşfiq Rəhimovun bu qədər sərvətinin mənbəyi nədir? DYP sistemində oliqarxa çevrilən "Cənub qruplaşmasının "bu iki lideri artıq daha böyük işlərə girşmək iddiasındadırlar. Çünki generalın yerinə gətəriləcək istənilən bir şəxs anındaca Mübariz Şahbazovdan və Müşfiq Rəhimovdan qurtulacaq. Bu iki şəxs qurumda qara dövriyyənin mexanizmini mükəmməlcəsinə idarə etmələrinə baxmayaraq yenədə vurulmalı olanların siyahsında birincidirlər. Məhz bunu yaxşı başa düşən Mübariz Şahbazovla Müşfiq Rəhimov generalın yerinə öz namizədlərini gətirmək niyyətindən heç cürə əl çəkmirlər. Mənbəmiz iddia edir ki, "Cənub qruplaşmasına" bu məsələdə kömək göstərən şəxslərdən biri Gömrük Komitəsində yüksək vəzifə daşıyan generallardan biridir.
 
Məhz həmin general əlaqələri vasitəsi ilə qruplaşmaya kömək göstərəciyini və onların öz adamlarının rəis edəcəyini söz verib. İddiaya görə Gömrükdə işləyən bu generalı həmdə Müşfiq Rəhimovla qohumluq telləri bağlayır. Bildirək ki, "cənub qruplaşması"na dəstək verən gömrük generalı hakimiyyətdə böyük nüfuza sahib qruplaşmada təmsil olunur. Məhz DYP sistemindəki "cənub mafiyası" bu qruplaşma vasitəsi ilə Ramiz Zeynalavu bu sistemdən uzaqlaşdırmaq istəyir.
 
AzToday.az-a daxil olan məlumatlarda iddia olunur ki, DYP hesabına oliqarxa çevrilən Müşfiq Rəhimovla Mübariz Şahbazov MTN-in sabiq idarə rəisi, hazırda həbsdə olan Akif Çovdarovla da "münasibət"ləri əla olub. Belə ki, DYP-də baş verən neqativ hallar Müşfiq Rəhimov və Mübariz Şahbozivu MTN üçün asan "yem" edib. Təsadüfi deyil ki, MTN şəbəkəsinin nəzarətində olan mətbuat orqanları ilə adıçəkilən şəxsləri böyük pullar hesabına himayə ediblər. 
DYP sistemində baş verməkdə olan "qiyam"la bağlı redaksiyamıza daxil olan məlumatları araşdırmaqda davam edirik. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook