Dövlətin şəkər xəstələrinə ayırdığı vəsaitlər mənimsənilir
Aprel 13
08:32
2023
Deputat Tahir Kərimli Milli Məclisin ötənlərdə baş tutan növbəti plenar iclasında şəkər xəstələrinə ayrılan 53 milyon manatla bağlı çıxış edib. O bildirib ki, bu, çox böyük məbləğdir:
DİA.AZ-ın məlumatına görə, mövzu barədə "Sherg.az”a danışan iqtisadçı-ekspert Rəşad Həsənov söyləyib ki, dövlət büdcəsindən ayrılan bütün vəsaitlər müxtəlif formalarda izlənilir və qanunvericiliyə əsasən audit aparılır:
Ölkədə digər istiqamətlərdə ayrılan vəsaitlər nə qədər səmərəli, məqsədəuyğun xərclənirsə, subyektiv maraqlara xidmət edirsə, korrupsiya predmetinə çevirilirsə, bu vəsaitin də eyni taleyi yaşadığını demək olar. Kifayət qədər nöqsanlar zaman-zaman gündəmə gəlir. Mediadan izlədiyim qədərilə şikayətlər davamlı olaraq işıqlandırılır”.
Ekspert diqqətə çatdırıb ki, şəkər xəstələrinə ayrılan vəsait bir neçə təyinata xidmət edir:
"Birincisi, həmin xəstəlikdən əziyyət çəkənlərin müalicəsinin dövlət vəsaiti hesabına təmin edilməsi, sığorta haqlarının ödənilməsidir. İkincisi, isə davamlı dərman təyinatı ilə bağlı qeydiyyatda olan xəstələrə dövlət vəsaiti hesabına ödənişsiz əsaslarla dərmanların təmin edilməsi, xərclərin maliyyələşdirilməsi əhatə edilir. Monitorinq deyəndə nə nəzərdə tutulur bilmirəm.
Çünki hesab edirəm ki, həm Hesablama Palatası, həm də Maliyyə Nəzarət xidməti ikisi birlikdə həmin vəsaitlərin xərclənməsi ilə bağlı qanunvericilik tələbinə uyğun olunması haqda auditlər həyata keçirə bilərlər. Rəyə əsasən aşkar olunmuş nöqsanlar Hesablama Palatasının səlahiyyətləri nəticəsində Baş Porkurorluğa təqdim edilə bilər.
Təbii ki, kənar nəzarətin təmin edilməsi ilə bağlı vətəndaş cəmiyyəti instutları, media birlikləri birgə monitorinqlər təşkil edə bilərlər. Yaxud da parlamentin özü hansısa peşəkar şirkətlə əməkdaşlıq edib, müvafiq xidməti ona verməklə, monitorinq edə bilər. Bu, müxtəlif formatlarda olar.
Şəkər xəstələri arasında sorğu keçirilməlidir. Maliyyə hesabatlarının adiyyəti qurumlardan tələb edilməsi və təhlili olmalıdır. Eyni zamanda bu istiqamətdə şikayətlərin toplanması vacibdir. Bəraət alınmış, cinayət təsbit edilmiş halların sayına uyğun olaraq da müəyyən monitorinq nəticəsi açıqlamaq olar”.