Dövlət Xidməti "Telegram" hücumlarını araşdırır

Sentyabr 04
19:26
2025
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərverici Analizi Laboratoriyası (MRLab) "Telegram" mesajlaşma tətbiqi üzərindən həyata keçirilən yeni kiberhücum dalğası ilə bağlı araşdırmaya başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.
Hazırda kibercinayətkarların müəyyənləşdirilməsi, həmçinin insidentlərin miqyası və təsirinin qiymətləndirilməsi istiqamətində tədqiqat işləri davam etdirilir.
İlkin araşdırma nəticələri ilə bağlı Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) saytında tanış olmaq mümkündür.