SON XƏBƏR

Dövlət Xidməti "HALAL PAYIM” MMC və "AY-MİN” MMC barəsində iş qaldırır

Fevral 07
08:31 2024
Azərbaycanda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü ilə iki kolbasa şirkəti barəsində iş qaldırılır.

Bu barədə Dövlət Xidmətindən məlumat verilir.

Belə ki, iki kolbasa istehsalçısı olan "HALAL PAYIM” MMC və "AY-MİN” MMC barəsində "Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzasların tələblərinin pozulması əlamətlər aşikar edilib.

Bildirilir ki, Dövlət Xidməti tərəfindən qaldırılan işdə kolbasa və sosiska istehsalı sahəsində haqsız rəqabət qanunvericiliyinə əməl olunması ilə bağlı aparılmış araşdırılmalar zamanı müəyyən edilmiş qanun pozuntusunun araşdırılması nəzərdə tutulur.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook