SON XƏBƏR

Dövlət Sosial Müdafiə Fondu: Pensiyaların artırılması barədə təkliflər hazırlanır

Yanvar 13
18:11 2016
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının pensiyaların artırılmasına dair tapşırığına uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu sahədə təkliflərin hazırlanmasında yaxından iştirak edir.
 
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a verilən məlumata görə, qarşıya qoyulmuş vəzifələrlə bağlı Fond tərəfindən hazırlanan təkliflər üzrə qəbul olunacaq qərarlar barədə ictimaiyyətə əlavə ətraflı məlumat veriləcəkdir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook