SON XƏBƏR

Dövlət Reyestri Xidməti mərhum bəstəkarın torpaq sahəsinə niyə arayış vermir?..

Fevral 09
15:53 2023
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi bir ildir ki, heç bir izahat vermədən mərhuç bəstəkar, xalq artisti Əlimusa Mirzəyevin adına olan torpaq sahəsinə arayış vermir...

Poliqon.info xəbər verir ki, belə bir iddia ilə vəkil Yusif Allahverdiyev çıxış edib.

Vəkil qeyd edir ki, Ümummilli Lider Heydər Əliyevin 25 yanvar 2003-ci il tarixli fərmanına əsasən "Şöhrət” ordeni ilə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 31 yanvar tarixli, 2686 saylı Sərəncamına əsasən "Şərəf” ordeni ilə təltif olunmuş, Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının keçmiş üzvü, Respublikanın xalq artisti, professor, mərhum bəstəkar Mirzəyev Əlimusa Abdulla oğluna məxsus torpaq sahəsinə arayış verilməsinə dair müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən süründürməçiliklə, laqeyd şəkildə yanaşıldığından 2022-ci ilin fevral ayından bugünədək öz həllini tapmamışdır.



Vəkil bildirir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5576 nömrəli bağ sahəsinin görkəmli bəstəkar mərhum Mirzəyev Əlimusa Abdulla oğluna məxsus olmasına dair arayışın verilməsi tələbi ilə vəkil Y. Allahverdiyev tərəfindən 2022-ci ilin fevral ayında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, qeyd olunan qurum tamamilə əsassız şəkildə müraciətin icrasından yayınmaqdadır.

Qeyd olunan arayışın verilməsi öhdəliyinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunsa da, cavabdeh tərəf öz qanunsuz hərəkətlərini bügünədək davam etdirməklə məhkəmə tərəfindən tələb olunan iş üzrə əhəmiyyət kəsb edən sənədlərin, mənfi və ya müsbət olmasında asılı olmayaraq tələb olunan mütəxəssis rəyinin təqdim edilməsini həyata keçirmir.



"Belə başa düşülür ki, Azərbaycan Respublikasının mədəniyyətinə olan qatqısı və xidmətləri ölkə başçısı tərəfindən qiymətləndirilən mərhum Mirzəyev Əlimusa Abdulla oğlu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin diqqətindən kənardadır və yaxud da qurumun başqa bir marağı var”, deyə vəkil Yusif Allahverdiyev bildirib.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin diqqəti nəticəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 29 yanvar 2022-ci il tarixində Xalq artisti, bəstəkar Musa Mirzəyevin 90 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib.
 

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook