Dövlət Polad Ələmdara “dayan” dedi – Rədd cavabı
Avqust 20
13:31
2016
Necati Şaşmazın sahibi olduğu "Pana Film”in "Kurtlar vadisi Darbə” filmi ilə bağlı patent müraciəti rədd edilib.
Axar.az xəbər verir ki, bunu Türk Patent İnstitutunun rəhbəri Həbib Asan deyib. İnstitut həmçinin filmlə bağlı müraciətin 15 iyul hadisələrindən 2 ay əvvəl olduğunu da təsdiqləyib.
Milliyyətdə Necati Şaşmazla bağlı gedən yazıda "Necati Şaşmaz "çevriliş”in patentini iki ay əvvəldən aldı” hissəsinə aydınlıq gətirmək üçün Həbib Asan yazını hazırlayan jurnalist Əli Eyyuboğluna zəng edib:
"Əli bəy, yazınızı oxudum. Bu mövzuda məlumat vermək üçün şəxsən özüm zəng edib, danışmaq istədim. Pana Filmin "Kurtlar Vadisi Darbə” üçün müraciətini dünən rədd etdik. Köşənizdə istifadə etdiyiniz sənəddə şirkətin 24 may 2016 tarixində layihənin patent alması yox, bizə onlayn müraciətə dair görüntü əks olunub. 15 iyul hadisələrindən sonra "15 iyul” və ona oxşar müraciətlər də edilib. Bilirsiniz ki, Türkiyədə OHAL var. Ona görə də, şirkət təşkilatlarından əlavə heç bir müraciəti qəbul etmirik. Onlayn patent müraciətlərin qurumumuz tərəfindən dəyəndirilməsi və etirazı üçün müəyyən müddət var. "Kurtlar Vadisi Darbə”nin müraciətini isə müddətsiz rədd elədik”.
Qeyd edək ki, bir müddət əvvəl "Kurtlar Vadisi Pusu” serialının müəllifi "Pana Film” şirkəti 15 iyul çevrilişə cəhd gecəsinin filmini çəkəcəyi ilə bağlı məlumat yayılmışdı. Şirkətin "Kurtlar Vadisi Darbə” adını Türk Patent İnstitutunda 24 may 2016-cı ildə - hadisədən iki ay əvvəl qeydiyyatdan keçirməsi isə ölkə ictimaiyyətində birmənalı qarşılanmamışdı.
Qlobal.az