Dövlət Neft Fondunun investisiya portfelində 47,6 faizi ABŞ dolları, 35,3 faizi isə avro təşkil edir
Oktyabr 27
09:02
2016
Bu il oktyabrın 1-ə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cəmi aktivləri 35 milyard 822,1 milyon ABŞ dollarına bərabər olub. Bu vəsaitin 33 milyard 949,6 milyon (94,8 faiz) ABŞ dollarına bərabər hissəsi investisiya portfelinin payına düşür. Manat vəsaitlərinin valyuta ifadəsində həcmi isə 1 milyard 872,5 milyon (5,2 faiz) ABŞ dollarına bərabərdir.
AZƏRTAC xəbər verir ki, ARDNF-in investisiya portfelində 16 milyard 155,1 milyon (47,6 faiz) ABŞ dolları (+ MSCI indeksi üzrə), 10 milyard 694,4 milyon (35,3 faiz) avro, 1 milyard 269,2 milyon (4,9 faiz) funt-sterlinq, 284,4 milyon (0,6 faiz) Avstraliya dolları, 1 milyard 215,2 milyon (1,2 faiz) Türkiyə lirəsi, 33 milyard 154,9 milyon (1,5 faiz) Rusiya rublu, 491 milyard 975 milyon (1,3 faiz) Koreya vonu, 3 milyard 183,8 milyon (1,4 faiz) Çin yuanı, 36 milyard 360,9 milyon (1,1 faiz) Yaponiya yeni, 440,2 milyon (1,3 faiz) digər valyutalar, 1 milyard 278,7 milyon (3,8 faiz) qızıl (970,146 troya unsiya, 30,17 ton) təşkil edir.
Qeyd edək ki, bu il oktyabrın 1-ə Neft Fondunun aktivləri 2016-cı ilin əvvəlinə nisbətən 6,7 faiz artıb.
Qlobal.az