Dövlət Komissiyası: “Edillidəki kütləvi məzarlığın altında başqa insan qalıqları da ola bilər”
Oktyabr 15
13:46
2022
"Xocavənd rayonunun Edilli kəndində aşkar edilən kütləvi məzarlığın altında Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş digər insanların da qalıqlarının ola biləcəyi ehtimal edilir”.
Bunu "Report”a açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Zaur İsmayılov deyib.
Onun sözlərinə görə, hazırda aşkar edilən qalıqlar ümumi məzarlıqdan çıxarıldıqdan sonra qazıntılar davam etdiriləcək.
O vurğulayıb ki, Azərbaycan hərbçilərinə aid olduğu güman edilən 12 nəfərin tapılan qalıqları şəxsiyyətlərinin müəyyən edilməsi üçün ekspertizaya veriləcək, sonra isə yaxınlarına təhvil veriləcək.



