Dövlət katibinin Qafqaz üzrə elçisi nə iş görəcək? - Entoni Blinken bəyanat yaydı
Avqust 25
14:32
2022
Səfir Filip Riker ABŞ-ın Qafqaz danışıqları üzrə yeni baş məsləhətçisi təyin olunub. Onun Cənubi Qafqazda münaqişələrin həllində Vaşinqtonun işini dəstəkləyəcəyi bildirilir.
Bəyanatda bildirilib ki, Birləşmiş Ştatlar "Qarabağ münaqişəsinin" uzunmüddətli siyasi həllində Ermənistanla Azərbaycana kömək etmək öhdəliyinə sadiqdir : "Səfir Riker Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla ikitərəfli əsasda işləyəcək, ATƏT-in Minsk qrupunun (artıq mövcud olmayan-red,) həmsədri olaraq Ermənistanla Azərbaycan arasında birbaşa dialoqa kömək edəcək. Səfir Rikerin indiki məqamda təyinatı ABŞ-ın Gürcüstanla bağlı Beynəlxalq Cenevrə Müzakirələrinə verdiyi əhəmiyyəti bir daha sübut edir”.



