SON XƏBƏR

Dövlət Gömrük Komitəsinin 20 yaşlı əməkdaşının dəbdəbəli həyatı (FOTO)

Yanvar 28
14:27 2022
BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin şəriki və dostu Oqtay Abuzərovun Dövlət Gömrük Komitəsində işləyən oğlu 20 yaşlı Xalid Oqtay oğlu Abuzərli dəbdəbəli həyatı ilə gündəmə gəlib.

32gun.az xəbər verir ki, DGK-nin 20 yaşlı əməkdaşı özünün təmtəraqlı həyat tərzini də sosial şəbəkələrdə nümayiş etdirir. Dünyanın müxtəlif ölkələrindən rəngarəng fotolar paylaşan X.Abuzərlinin bahalı avtomobil kolleksiyası da göz oxşayır.

X.Abuzərli müxətlif markalı bahalı maşınlarının üzərində "90 LJ 900” dövlət nömrə nişanından istifadə edir. X.Abuzərliyə məxsus olan son model "Mercedes”, "Audi Q7”, "Toyota Camry” markalı maşınların hamısının üzərinə 90 LJ 900 dövlət nömrə nişanı vurulub. Bütün bunlar isə qanuna ziddir.

Onu da bildirək ki, X.Abuzərli Londonda təhsil alıb.

Deputatın şərikinin oğlunun fotolarını təqdim edirik:

Qeyd edək ki, mətbuatda gedən məlumatlara görə,BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin ölkənin dörd bir yanını əhatə edən biznes imperiyasının böyük bir hissəsini Oqtay Abuzərov adlı şəxs idarə edir. Əslən Salyan rayonundan olan Oqtay Abuzərov vaxtilə ən radikal cəbhəçilərdən biri olub.
 

 

 

 

 

 

 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook