SON XƏBƏR

Dövlət Fitosanitar Nəzarəti Xidməti tender elan edib

Oktyabr 28
10:49 2016
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) açıq tender elan edib.
 
"Report”un məlumatına görə, tender 2 lot – inventarların və xüsusi geyimlərin alınması üzrə keçirilir. Hər lot üzrə iştirak haqqı 150 manatdır. 
 
İddiaçılar lazımi sənədləri dekabrın 2-nə qədər, tender təklifi və bank təminatını isə dekabrın 9-na qədər DFNX-ya (Bakı şəhəri, Binəqədi rayonu, Nəcəf
Nərimanov küçəsi, 7A) təqdim etməlidirlər. 
 
Təkliflərə dekabrın 12-də iddiaçıların və yaxud onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə adı çəkilən ünvanda baxılacaq. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook