SON XƏBƏR

Dövlət Əmlak Xidmətindəkı həbslər - Baş verənlərdən Eldəniz Qafarov xəbərsiz olub?

İyun 17
16:01 2022
Ötən həftə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Əmlak Xidmətində nazirlikdən daxil olmuş məlumat əsasında keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlər nəticəsində Dövlət Xidmətinin Torpaqların Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsində işləyən İldırım Məmmədov və həmin sektorun baş məsləhətçisi Əsəd Nəsibov, eyni zamanda qurumun bir çox rayonlardakı şöbə müdirləri həbs edildi. Həbs olunan şəxslərə qarşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxtakar və rüşvətə qurşanmış məmurlara qarşı keçirilən bu tipli əməliyyatlar sözün həqiqi mənasında alqışlanmalıdır. Həyata keçirilən kiçik bir əməliyyat axtarış nəticəsində Dövlət Əmlak Xidmətində fəaliyyət göstərən korrupsioner və saxtakar qruplaşmanın bir hissəsi zərəsizləşdirildi deyə bilərik. 

Ancaq aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində yalnız Dövlət Xidmətinin Torpaqların, Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsində işləyən İldırım Məmmədovun və sektorun baş məsləhətçisi Əsəd Nəsibovun həbs olunması bəzi qaranlıq müəmmalara yol açır. 

Çünki Dövlət Əmlak Xidmətində korrupsiyaya bulaşanlar və saxtakarlıq edənlər sektor müdiri İldırım Məmmədovla, həmin sektorun baş məsləhətçisi Əsəd Nəsibovla bitə bilməz. 

Deyə bilərik ki, qurumun sektor müdiri və yerli şöbələrin rəhbərləri tərəfindən həyata keçirilən saxta işlərdən Dövlət Xidmətində işləyən bəzi yüksək vəzifəli şəxslərin xəbərsiz olması heçdə inandırıcı deyil. 

Misal üçün sektor müdiri İldırım Məmmədovun müxtəlif şəxslərlə əlbir olaraq, həyata keçirdiyi saxtakarlıqlardan Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini, şöbə müdiri vəzifəsini icra edən Eldəniz Qafarovun xəbərsiz olmasına heç kəs inanmaz. Ona görə ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair müsbət rəyin verilməsinə cavabdeh qurumlardan birincisi məhz Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsidir. 

AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə dair müsbət rəylərin verilməsi ilə bağlı aparılan istintaq dərinləşərsə şöbə müdiri vəzivəsini icra edən Eldəniz Qafarov da məsulliyətə cəlb oluna bilər.Saxtakarlığa görə həbs edilən İldırım Məmmədovun Torpaqların, Torpaq bazarının təşkili sektorunun müdiri vəzifəsinə təyinat almasında əsas rolu məhz Eldəniz Qafarov oynayıb və elə qurumdakı korrupsiya şəbəkəsinin başında duran şəxslərdən biri də odur. 

Qeyd edək ki, ötən həftə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən   həbs edilən Dövlət Əmlak Xidmətinin bir qrup işçisinə Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Qlobal.Az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook