Dövlət Departamenti İranın nüvə sazişinə cavabını qeyri-konstruktiv adlandırıb
Sentyabr 02
10:23
2022
Birləşmiş Ştatlar Avropa İttifaqı (Aİ) vasitəsilə İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası ilə bağlı mövqeyinə cavabı alıb və bunu konstruktiv hesab etmir.
"Biz Aİ vasitəsilə İranın cavabını aldığımızı təsdiqləyə bilərik. Bunu öyrənirik və Aİ vasitəsilə cavab verəcəyik, lakin təəssüf ki, bu, konstruktiv deyil", - diplomat İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani Çafinin bəyanatını şərh edərkən bildirib.