Dövlət Departamenti: “ABŞ BMT-yə gələn nümayəndələrə viza verməyə borcludur”
Avqust 26
08:09
2022
Amerika Birləşmiş Ştatlar BMT-yə üzv dövlətlərin nümayəndələrinə dünya təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahına getmək üçün viza vermək öhdəliyinə ciddi yanaşır.
"Report” xəbər verir ki, bunu keçirdiyi brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün gələn xarici nümayəndə heyətlərinə vizaların verilməsi ilə bağlı vəziyyəti şərh edərkən deyib.



