SON XƏBƏR

Dövlət Agentliyinin sədri bacısından ofis kirayə götürüb

Noyabr 19
22:22 2025
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi bu il də ofis sahəsinin icarəsi ilə bağlı tenderə yekun vurub. Dövlət satınalmaları portalına əsasən, Agentlik 1 093 kv. metrlik ofis sahəsini bir illik icarəyə görə Sevinc Şəfa qızı İsgəndərovaya məxsus obyektdən götürəcək. Bu xidmətin dəyəri 262 min 320 manat təşkil edir.
 
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Bu, artıq üçüncü ildir ki, Agentlik eyni şəxslə eyni mahiyyətdə müqavilə bağlayır. İsgəndərovanın VÖEN-i Sumqayıt şəhərində, 2 saylı Vergilər İdarəsində qeydiyyatdadır və onun, uzun müddət şəhərdəki 51 saylı uşaq bağçasının direktoru kimi fəaliyyət göstərdiyi deyilir.

Ofisi Sosial Xidmətlər Agentliyinə icarəyə verən Sevinc İsgəndərova Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Şəfa oğlu Behbudovun bacısıdır.

Sumqayıtda doğulan Vüqar Behbudovun özü 2002-ci ildən dövlət strukturlarında – əvvəl Vergilər Nazirliyində, sonra Dövlət Sosial Müdafiə Fondunda və ƏƏSMN-də müxtəlif vəzifələrdə çalışıb. 2020-ci il iyulun 1-dən etibarən isə Sosial Xidmətlər Agentliyinə rəhbərlik edir.
 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook